18 Ocak 2018 Perşembe

usaq huquqlari













Uşaq hüquqları nə zaman pozulur və hüquqlarımızın pozulmasının qarşısını alaraq insan hüquqlarına necə təsir edirik ?


Biz doğularkən ailəmizdə oğlan , qız seçimi aparılarsa , artıq hüquqlarımız biz doğulan andan etibarən  pozulmuş olar.
Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən vacib məsələlərdən birinə çevrilib. Çünki XXI əsr olmasına baxmayaraq uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar. 
Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir,  istismar olunur və insan alverinin qurbanına çevrilir. Hesabata görə,  il ərzində bütün dünya üzrə 53 min uşaq qətlə yetirilir. Bu uşaq ölümlərindən 22 mini 15-17 yaşlı uşaqların payına düşür .  80-90 faiz uşaqlar evlərində fiziki cəzadan əziyət çəkir. Bir çox ölkələrdə  uşaqlar hələ də məktəblərdə istifadə edilən çubuq, kəmər və sair alətlərlə bədən cəzaları alırlar və yaxud belə təhlükə ilə üzləşirlər. Bir neçə ölkədə isə  cəzaçəkmə müəssisələrində   uşaqlar qamçı və ya çubuqla döyülmə cəzasına məhkum edilirlər Hətta bütün dünyada 2017-ci ildə 15milyon uşaq erkən nikaha məcbur edilib.Qısaca desək yaşamaq, ad və vətəndaşlıq almaq ,təhsil almaq, sağlam olmaq ,istirahət etmək,azad şəkildə fikrini ifadə etmək  hüququmuzdan məhrum edilərsək,hüquqlarımızın pozulduğunu müəyyən etmiş oluruq.
Bəs Azərbaycanda necə, uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyəti yetərli hesab etmək olarmı?sualına cavab axtardıq.
Öyrəndik ki, Azərbaycanda da uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Düzdür, müasir qlobal mühitdə dünyanın  heç bir ölkəsində  insan hüquqlarının qorunması tam arzuolunan səviyyədə deyil. Bu tərəfdən yanaşsaq, qətiyyətlə deyə bilərik ki,  uşaq hüquqlarının qorunmasında əyintilər yaşanmaqdadır.
Əgər ailədə oğlan və qız seçimi olursa, qız uşağı gözləniləndə ondan yaxa qurtarılırsa, artıq burada hüquqların pozulmasından söhbət gedir. Yaxud valideyn erkən yaşında qızını ərə verirsə, o qız uşağı hələ dünyanı dərk etmədən, ana məsuliyyətini anlamadan ana olmağa məcbur edilirsə, artıq onun hüququ pozulur. 
Bəs bütün bu qanun pozuntularının qarşısını alaraq insan hüquqlarına necə faydalı ola bilərik?
Biz bilirik ki hər problem təməldən başlanır. Hüquqların ailədə pozulmasının qarşısını almaq üçün ailələri maarifləndirmək lazımdır.Yalnız bundan sonra ailədə övladlar arasında fərq qoyulmaz və hər uşağa bir fərd ,cəmiyyətə lazımlı bir insan kimi yanaşılar.Bu sistem düz qurularsa uşaq ailədən öz hüqüq və vəzifələrini bilərsə cəmiyyətdə də hüquqları pozulan zaman müdaxilə edib öz hüquqlarını qoruya müdafiə edə bilər.Və dövlət tərəfindən bu qaydalar o zaman pozulmaz ki dövləti idarə edənlər artıq cəmiyyətinin öz hüquq və vəzifələrini bilən şəxslər olduğunu anlamış olar.Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Qeyd edək ki, uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır. Bu işdə əsas məsələ ondan ibarətdir ki, hər bir doğulan uşaq arzuolunan uşaq olsun. Əgər doğulan uşaq arzuolunan olmursa, elə buradaca onun hüquqları pozulmuş olur. Yəni
uşaq hüquqlarının qorunmasına onun dünyaya gəlməsindən əvvəl başlanılmalıdır...Araşdırmamız nəticəsində öyrəndik ki hər şey təməldən başlayırsa uşaq hüquqlarının öyrənilməsi insan hüquqlarının təməlidir .
 Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz. (Hindu atalar sözü)
Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik. (Fyodor Dostoyevski).

Hiç yorum yok:

Yorum Gönder

usaq huquqlari

Uşaq hüquqları nə zaman pozulur və hüquqlarımızın pozulmasının qarşısını alaraq insan hüquqlarına necə təsir edirik ? Biz do...